İran və Oman Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq olduğunu elan ediblər

Dünya xəbərləri Materials 23 İyun 2026 17:33 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Oman Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün təhlükəsiz və açıq keçid olaraq qorunması üzrə öhdəliklərinin vacibliyini qeyd edir.

Bu, İran və Omanın birgə bəyanatında öz əksini tapıb.

“İran və Oman tərəf dənizçiliyin təhlükəsizliyinin yüksəldilməsi, sərbəst gəmiçilik və regional sabitliyin qorunması üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edir”, - deyə bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, İran və Oman Hörmüz boğazının iki sahilyanı ölkəsi olaraq beynəlxalq hüquqla əlaqədar qaydalara uyğun olaraq bu keçiddən təhülkəsiz keçidə zəmanət verməklə yanaşı Hörmüz boğazı sularına ərazi olaraq sahib olduqlarını qeyd edir.

“İki ölkənin Xarici İşlər Nazirlikləri arasında birgə komitənin təşkil olunması vasitəsi ilə Hörmüz boğazında gəmiçiliyin gələcəkdə idarə olunması, göstəriləcək xidmətlərlə əlaqədar danışıqları davam etdirəcək, beynəlxalq standartlara uyğun xidmətlərlə xərclər üzrə anlaşma əldə edəcəklər. Bu istiqamətdə regionun sahilyanı ölkələri, eləcə də əlaqədar digər tərəflərlə məsləhətləşmə və danışıqların aparılması üzrə razılıq əldə olunub”, - deyə bəyanatda qeyd olunur.

İran parlamenti sədrinin Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyəti Omana səfəri çərçivəsində Oman Soltanı Heytam Bin Tariq və xarici işlər naziri Seyid Bədr Əlbusəidi ilə görüşlər keçirib.

Qeyd edək ki, 20 iyunda İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İran və ABŞ arasında İslamabad anlaşma memorandumumun 1-ci müddəasının yerinə yetirilməməsini (Livanda atəşkəsin pozulması) əsas gətirərək Hörmüz boğazının gəmilərin keçidi üçün bağlı olacağını elan ettmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti