Azərbaycan bazarında ortaq kart məhsulu bizim üçün çox dəyərlidir - Türk Hava Yolları rəsmisi

İqtisadiyyat Materials 23 İyun 2026 15:46 (UTC +04:00)
Azərbaycan bazarında ortaq kart məhsulu bizim üçün çox dəyərlidir - Türk Hava Yolları rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“PAŞA Bank” və Türk Hava Yolları arasında “Miles&Smiles” məhsulu üzrə əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Türk Hava Yollarının Marketinq üzrə baş vitse prezidenti Ömər Faruk Sönməz "PAŞA Bank" və Türk Hava Yolları arasında "Miles&Smiles" məhsulu üzrə Memorandumun imzalanması mərasimində deyib.

Ö.F.Sönməz Azərbaycanda gördüyü qonaqpərvərliyi yüksək qiymətləndirdiyini vurğulayıb.

“Azərbaycana gəldiyimiz ilk gündən etibarən bizə göstərilən qonaqpərvərlik həqiqətən çox dəyərlidir. Hətta öz-özümə düşündüm ki, niyə bu ölkəyə daha əvvəl gəlməmişəm. İnanıram ki, bundan sonra Azərbaycana daha tez-tez səfər edəcəyəm”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlığın əsası 2019-cu ildə qoyulub və bu günə qədər uğurla davam edir.
“Bu layihə Azərbaycanın aparıcı banklarından biri olan "PAŞA Bank" və dünyanın ən böyük hava yollarından biri olan Türk Hava Yollarının ortaq baxışının nəticəsidir. Məqsədimiz Azərbaycandakı və dünyanın müxtəlif ölkələrindəki müştərilərimizə əlavə üstünlüklər təqdim etməkdir”, - deyə baş vitse prezident bildirib.

Ö.F.Sönməz qeyd edib ki, qlobal miqyasda səyahətə marağın artması proqramın əhəmiyyətini daha da yüksəldir.
“Dünya sürətlə qloballaşır, insanlar daha çox səyahət edir və yeni istiqamətlər kəşf edirlər. Türk Hava Yolları da hər gün daha çox nöqtəyə uçuşlar həyata keçirir. Bu baxımdan belə bir ortaq kart məhsulunun Azərbaycan bazarında təqdim olunması bizim üçün böyük əhəmiyyət daşıyır”, - deyə o vurğulayıb.

O bildirib ki, hazırda “Miles&Smiles” proqramının dünya üzrə 25 milyondan çox üzvü var.

“Türk Hava Yolları 130-dan çox ölkədə fəaliyyət göstərir və 540-dan artıq təyyarədən ibarət donanması ilə dünyanın ən böyük beynəlxalq hava daşıyıcılarından biridir. Biz hər gün daha çox istiqamətə uçmağa, daha çox sərnişinə xidmət göstərməyə və xidmət keyfiyyətimizi artırmağa çalışırıq”, - deyə Ö.F.Sönməz qeyd edib.

Baş vitse prezident əlavə edib ki, şirkət uçuş xidmətlərindən hava limanlarındakı salonlara, tərəfdaş şəbəkəsinin genişləndirilməsindən yeni imkanların yaradılmasına qədər bütün istiqamətlərdə xidmət səviyyəsini yüksəltmək üzərində işləyir.

“Hazırda dünya üzrə 260-dan çox tərəfdaşımızla birlikdə 25 milyondan artıq üzvümüzə ən yaxşı təcrübəni təqdim etmək üçün çalışırıq. Müştərilərimizin rəyləri və tərəfdaşlarımızın dəstəyi sayəsində gələcəkdə daha böyük uğurlara imza atacağımıza inanırıq”, - deyə o bildirib.

Sonda Ö.F.Sönməz memorandumun imzalanmasında əməyi olan “PAŞA Bank” və Türk Hava Yollarının əməkdaşlarına təşəkkür edib, tərəfdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti