5 ayda motosiklet və moped qəzalarında 5 nəfər ölüb

Hadisə Materials 23 İyun 2026 14:35 (UTC +04:00)
5 ayda motosiklet və moped qəzalarında 5 nəfər ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.

Bu barədə Bakı Şəhər DYP İdarəsinin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması üçün davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.

"Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib, - məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti