Təhsil sistemində qiymətləndirmə problemi var - Emin Əmrullayev

Cəmiyyət Materials 22 İyun 2026 20:12 (UTC +04:00)
Təhsil sistemində qiymətləndirmə problemi var - Emin Əmrullayev
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan təhsil sistemində qiymətləndirmə problemi var.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, müəllimlərin uşaqlara hansı sualları verməsi, müəllimlərin işə qəbulunda hansı suallardan istifadə etməyimiz və müəllimi hansı meyarlarla seçməyimiz əsas məsələlərdir:

"Siz insanlara hansı sualları verib peşəyə gətirirsinizsə, onlar da məhz həmin suallara hazırlaşıb gəlirlər. Əzbərçilik və faktoloji biliklər əsasında qurulmuş imtahanlar bu gün artıq kifayət etmir. Təhsil sistemimizdə fərqli bacarıq və səriştələri ölçən sualların hazırlanması ilə bağlı ciddi problemimiz var. Biz hələ də insanın oxu bacarığını ölçən çox yaxşı suallar yaza bilmirik. Yazırıq, amma kifayət qədər yaza bilmirik. Riyazi təfəkkürü ölçən sual yazmaq, tarixdən düşüncə tərzini müəyyənləşdirən sual hazırlamaq hansısa tarixi hadisənin nə vaxt baş verdiyini soruşmaqdan daha çətindir. Təhsil sahəsində söhbət yalnız konkret bir imtahandan getmir. Sual hazırlamaq, düzgün sual vermək məsələsi son dərəcə önəmlidir. Gələcəyin standartları təkcə suallara cavab verməklə deyil, hansı sualların soruşulması ilə müəyyən olunacaq", - nazir qeyd edib.

Nazir, həmçinin bildirib ki, yaxşı müəllim yalnız öz fənnini bilən müəllim deyil, həm də əməkdaşlıq edə bilən müəllimdir. Onun sözlərinə görə, yaxşı müəllim, eyni zamanda, düzgün qiymətləndirə bilən müəllimdir. Düzgün qiymətləndirmək isə yüksək qiymət yazmaq demək deyil.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti