Neftçala Sənaye Məhəlləsi üzrə 63 milyon manatdan çox investisiya portfeli formalaşdırılıb

İqtisadiyyat Materials 23 İyun 2026 18:27 (UTC +04:00)
Neftçala Sənaye Məhəlləsi üzrə 63 milyon manatdan çox investisiya portfeli formalaşdırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:


Neftçala Sənaye Məhəlləsində hazırda 6 rezident fəaliyyət göstərir. Bu günədək Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb, 129 daimi iş yeri yaradılıb.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) məlumat yayıb.

Bildirilib ki, rezidentlər tərəfindən indiyədək 216,8 milyon manat dəyərində məhsul satışı həyata keçirilib, istehsal olunan məhsulların xarici bazarlara ixracı isə 2,2 milyon manat təşkil edib.


"Neftçala Sənaye Məhəlləsi regionlarda sənayeləşmənin inkişafına, qeyri-neft sektorunun genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verir", - paylaşımda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti