Suriya prezidenti NATO sammiti zamanı Ankaraya gələ bilər

Dünya xəbərləri Materials 23 İyun 2026 15:18 (UTC +04:00)
Suriya prezidenti NATO sammiti zamanı Ankaraya gələ bilər
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya prezidenti Əhməd əl-Şaraa 7-8 iyul tarixlərində keçiriləcək NATO sammiti zamanı Ankaraya gələ bilər.

Xarici media yazır ki, Türkiyə hakimiyyəti bu səfərə hazırlaşır. Suriya liderinin səfəri sammitin proqramına daxil deyil, lakin onun potensial görüşləri əl-Şaraanın beynəlxalq mövqeyini gücləndirə bilər. Bəzi NATO liderləri regional təhlükəsizlik, terrorizmlə mübarizə və Suriyanın yenidən qurulması məsələlərini Əş-Şara ilə müzakirə edə bilərlər.

Türkiyə hökuməti və Suriya İnformasiya Nazirliyi bu məlumatla bağlı şərh verməkdən imtina edib.

ABŞ və Avropa ölkələri Suriyanı özlərinə yaxınlaşdırmaq, Rusiya və İranın Suriyadakı təsirini azaltmaq istəyirlər.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Livanda yerləşən Hizbullah qruplaşması ilə mübarizə metodlarından narazılığını bildirmiş və Suriyanın bu problemi həll etmək üçün daha yaxşı mövqedə ola biləcəyini irəli sürmüşdü.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti