Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb

Cəmiyyət Materials 22 İyun 2026 19:40 (UTC +04:00)
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunda aparılan qazıntı işləri zamanı insan skeletinə bənzər qalıqlar aşkarlanıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Baş Qərvənd kəndi ərazisində qeydə alınıb. Ərazidə fəaliyyət göstərən şirkət tərəfindən aparılan qazıntı işləri zamanı aşkar olunan qalıqlarla bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Məlumat əsasında hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub və aşkarlanan qalıqlara ilkin baxış keçirilib. Qalıqların mənşəyinin və kimə məxsus olmasının müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti