Bakı. Trend:
Bu gün evlərdə “açarı qonşuya vermək” mədəniyyəti tarixə çevrilib. Bəzən qonşular bir-birini çox vaxt tanımır belə. Amma siz harasa gedəndə evi tamamilə boş qoyanda, risk azalmır, əksinə artır. Bu bütün dünyada belədir.
Məsələn, FTB-nin (Federal Təhqiqatlar Bürosu) məlumatına görə, ABŞ-da yanğın və oğurluqların təxminən 30%-i insanların evdə olmadığı dövrlərə düşür, yay aylarında isə bu göstərici 10-15% yüksəlir. Azərbaycanda da mənzərə fərqli deyil. 2026-cı ilin I rübü ərzində 359 yanğın hadisəsi baş verib. Həmin hadisələrdə 42 nəfər xəsarət alıb, 9 nəfər xilas edilib. Araşdırmalara görə bu cür hadisələrin əksəriyyəti, yəni təqribən 70%-i məhz mənzillərdə və fərdi evlərdə baş verib.
Qonşu belə hadisəni görüb xəbər verə bilər, amma yanan mənzilin, subasmadan zədələnmiş əşyaların dəyərini ödəmir. Sığorta isə hadisəni önləməsə də, məhz bu maddi itkini qarşılayır və sizin yükünüzü öz üzərinə götürür.
Qonşuluq münasibətləri dəyərlidir və qalmalıdır. Amma köhnə vərdişləri müasir həllərlə tamamlamaq daha ağıllı seçimdir. PAŞA Sığorta şirkəti sığorta bazarında innovativ həlləri ilə seçilir. Ona görə də səyahətə çıxmadan əvvəl evinizi mütləq PAŞA Sığorta şirkətində sığortalayın.
Unutmayın, bəzən təhlükəsizlik açarı qonşuda yox, doğru qərardadır.