Bakı. Trend:
İsveçrənin Burgenstok şəhərində keçirilən müzakirələr zamanı Tehran, Qətər və Pakistanın sayəsində neft ixracı və İranın aktivlərinin dondurulmasının ləğvi də daxil olmaqla bir sıra məsələlərin həlli barədə razılığa gəlib.
Bu barədə İran xarici İşlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.
"Pakistan və Qətərin yorulmaz vasitəçilik səyləri sayəsində Livandakı müharibənin sona çatması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib. Neft və neft-kimya ixracına rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, bəzi dondurulmuş aktivlər açılıb və İranın yenidən qurulması və inkişafı üçün genişmiqyaslı plana başlanılıb", - deyə nazir bildirib.