Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer iyunun 22-də istefa tarixini açıqlayacaq.
Bu barədə "The Guardian" qəzeti xəbər verib.
"Starmerin bazar ertəsi səhəri vəzifədən istefa etməsi tarixini açıqlayacağı gözlənilir. Bu, Endi Börnemin Starmerlə liderlik uğrunda mübarizə aparmadan payıza qədər baş nazir olmasına imkan verəcək", - deyə bildirilib.
Məlumata əsasən, Britaniya hökumətinin üzvləri Starmerin könüllü olaraq istefa verməyə razı olacağını təsdiqləyiblər.
Nəşr vurğulayıb ki, bundan əvvəl baş nazir Börnemin onu Leyboristlər Partiyasının lideri və hökumət başçısı vəzifəsindən uzaqlaşdırmaq cəhdlərinə müqavimət göstərmək niyyətində idi.