AQTA-dan bir qəpiklik yumurta ilə bağlı açıqlama

Cəmiyyət Materials 22 İyun 2026 14:57 (UTC +04:00)
AQTA-dan bir qəpiklik yumurta ilə bağlı açıqlama
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi marketlərdə bir qəpiyə satılan yumurta ilə bağlı iddialara aydınlıq gətirib.

AQTA-nın Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yumurtalarda hər hansı uyğunsuzluq aşkarlanmayıb:

"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb və məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.

Vətəndaşlar qida sahəsində qarşılaşdıqları uyğunsuzluqlarla bağlı konkret faktlarla "1003 - Çağrı Mərkəzi"nə müraciət edə bilərlər", - məlumatda bildirilib.

Qeyd edək ki, sosial mediada marketlərdə endirimli qiymətlə bir qəpiyə satılan yumurtaların xarab olduğu ilə bağlı iddia və şikayətlər yayılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti