Fransa 2003-cü ilin rekordunu qıra biləcək anomal istilərə hazırlaşır

Dünya xəbərləri Materials 21 İyun 2026 08:50 (UTC +04:00)
Fransa 2003-cü ilin rekordunu qıra biləcək anomal istilərə hazırlaşır

Bakı. Trend:

Fransa 2003-cü ilin yayında qeydə alınan rekord göstəriciləri geridə qoya biləcək anomal isti dalğasına hazırlaşır.

Bu barədə Fransanın Milli Meteorologiya Xidmətinin direktoru Sofi Voirin bildirib.

Meteoroloqların proqnozlarına görə, gələn həftənin əvvəlində ölkədə rekord səviyyədə yüksək temperatur müşahidə oluna bilər. Artıq bu həftə sonu Fransanın 60 departamentində narıncı xəbərdarlıq səviyyəsi elan edilib və temperatur 40°C-ni keçib. Bu, yayın əvvəli üçün xarakterik olan normadan 10-15°C yüksəkdir.

Anomal istilər səbəbindən 70-dən çox qatar reysi ləğv edilib, cümə günü 100-dən çox məktəbdə dərslər dayandırılıb və açıq havada keçirilməsi nəzərdə tutulan onlarla tədbir qadağan olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti