Bakı. Trend:
Uruqvay millisi futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Kabo-Verde yığması ilə 2:2 hesablı heç-heçə edib.
Qarşılaşma ABŞ-nin Florida ştatının Mayami şəhərində keçirilib.
Uruqvay yığmasının heyətində qolları Maksimiliano Arauxo (44-cü dəqiqə) və Aqustin Kanobbio (45+6) vurublar. Kabo-Verde millisində isə "Krasnodar" klubunun yarımmüdafiəçisi Kevin Lenini (21-ci dəqiqə) və Elio Varela (61-ci dəqiqə) fərqləniblər.
Kevin Lenini görüşün 70-ci dəqiqəsində əvəzlənib. Kabo-Verde millisinin və Tolyattinin "Akron" klubunun hücumçusu Jilson Benşimol isə meydanda 58 dəqiqə çıxış edib.