Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb

Hadisə Materials 21 İyun 2026 12:06 (UTC +04:00)
Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin məlumatına görə, qəza şəhərin M.Maqomayev və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən yol dairəsinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, qadın sürücünün idarə etdiyi “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Güclü zərbə nəticəsində işıq dirəyi aşıb.

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 32 yaşlı Aysel Ağayeva və 37 yaşlı Mərziyə Mustafayeva təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti