Bakı. Trend:
Şotlandiyanın Edinburq şəhərində bıçaq və balta ilə hücum nəticəsində beş nəfər yaralanıb.
Bu barədə "BBC" televiziya kanalı xəbər verib.
Bildirilib ki, hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Məlumata əsasən, hadisə 19 iyun axşam saatlarında baş verib.
Yerli vaxtla təxminən saat 20:50-də polisə Edinburqun qərbindəki məscidin yaxınlığında baş verən hücumda iki nəfərin yaralanması barədə zəng daxil olub. Daha sonra 36 yaşlı bir kişi daşınmaz, əmlak agentliyinin yaxınlığında biri də daxil olmaqla, daha üç nəfərə hücum edib.