Tramp Kubada əməliyyat ehtimalını istisna etməyib

Dünya xəbərləri Materials 19 İyun 2026 23:50 (UTC +04:00)
Tramp Kubada əməliyyat ehtimalını istisna etməyib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kubada Venesuela ssenarisinə bənzər əməliyyatın mümkünlüyünü istisna etməyib.

Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.

Kubada belə bir əməliyyatın mümkün olub-olmaması ilə bağlı suala cavabında o, “bu, mümkündür” deyib.

ABŞ Prezidenti qeyd edib ki, Kuba və Venesuela ABŞ-a İranla müqayisədə daha yaxındır. Onun sözlərinə görə, İrana uçuş uzun müddət tələb etdiyi halda, Venesuela nisbətən yaxın, Kuba isə ABŞ sahillərindən qısa məsafədə yerləşir.

Tramp, həmçinin Dövlət katibi Marko Rubionun Kuba siyasətinin formalaşdırılmasında fəal rol oynadığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti