Bakı. Trend:
ABŞ hərbçilərinin Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmiyə endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub.
Bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrutlarla hərəkət etdiyini göstərib.
Komandanlığın açıqlamasına görə, əməliyyat nəticəsində gəmi vurulub və üç nəfər ölüb.