İran ilə ABŞ arasında anlaşma memorandumu imzalanıb

Dünya xəbərləri Materials 18 İyun 2026 02:33 (UTC +04:00)
İran ilə ABŞ arasında anlaşma memorandumu imzalanıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ilə İran arasında anlaşma memorandumu hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən imzalanıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlama verib.

Bəqai, İran və ABŞ arasındakı anlaşma memorandumunun distant şəkildə imzalandığını bəyan edib.

“Danışıqlar qruplarının Cenevrədə iştirak proqramı qüvvədə qalır, lakin memorandum distant qaydada imzalanıb. İsveçrədə imzalama mərasimi keçirilməyəcək", - deyə Bəqai əlavə edib.

Xəbər lenti

Xəbər lenti