Kanada milli komandası Qətəri darmadağın edib

İdman Materials 19 İyun 2026 04:36 (UTC +04:00)
Kanada milli komandası Qətəri darmadağın edib

Bakı. Trend:

Kanada millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Qətər yığmasını 6:0 hesabı ilə məğlub edib.

Qarşılaşma Kanadanın Vankuver şəhərində keçirilib.

Qolları Kayl Larin (16-cı dəqiqə), Conatan Devid (29, 45+3 və 90+2-ci dəqiqələr), Natan Saliba (64-cü dəqiqə) vurubдфк. Qətər millisinin futbolçusu Məhəmməd əl-Mənnai isə 75-ci dəqiqədə topu öz qapısına göndərib.

Qətər yığmasının heyətində Homam əl-Əmin (33-cü dəqiqə) və Assim Modibo (53-cü dəqiqə) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar. Modibo Kanada millisinin futbolçusu İsmael Koneyə ciddi ayaq xəsarəti yetirib. Zədələnən oyunçu meydanı xərəkdə tərk edib.

Kanada millisi 4 xalla B qrupunun turnir cədvəlinə başçılıq edir. Sonrakı pillələrdə İsveçrə (4 xal), Bosniya və Herseqovina (1 xal) və Qətər (1 xal) qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti