Almaniyada qaçqınların ümumi sayı 4 milyonu ötüb

Dünya xəbərləri Materials 18 İyun 2026 07:31 (UTC +04:00)
Almaniyada qaçqınların ümumi sayı 4 milyonu ötüb

Bakı. Trend:

Almaniyada hazırda dörd milyondan çox qaçqın və məcburi köçkün yaşayır.

Bu barədə məlumat 20 iyun – Ümumdünya Qaçqınlar Günü ərəfəsində Almaniya Federal Statistika İdarəsi tərəfindən açıqlanıb.

Statistikaya İkinci Dünya müharibəsi dövrü və müharibədən sonrakı 1950-ci ilə qədər olan müddətdə məcburi köçkün düşmüş şəxslər də daxil edilib. Həmin qrupun ümumi sayı təxminən 713 min nəfərdir.

Qeyd olunur ki, 1950–2025-ci illər arasında Almaniyaya sığınacaq axtarışı və məcburi köç səbəbilə təxminən 3,3 milyon insan gəlib. Onların 25 faizi (832 min nəfər) ukraynalılar, 22 faizi (732 min nəfər) suriyalılar təşkil edir. Digər böyük qruplar arasında əfqanlar (316 min), iraqlılar (186 min), türklər (146 min), polyaklar (120 min) və iranlılar (117 min) yer alır.

Xəbər lenti

Xəbər lenti