Xarici narkotacirlərin tapşırıqlarını yerinə yetirirən şəxs tutuldu

Hadisə Materials 17 İyun 2026 16:59 (UTC +04:00)
Xarici narkotacirlərin tapşırıqlarını yerinə yetirirən şəxs tutuldu
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilir ki, həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.

Araşdırmalarla müəyyən olunub ki, N.Həsənov xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib.

Faktla bağlı cinayət işi başlanılıb. N.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti