"Barselona" və "Çelsi" italiyalı müdafiəçini transfer etmək istəyir

İdman Materials 17 İyun 2026 17:40 (UTC +04:00)
"Barselona" və "Çelsi" italiyalı müdafiəçini transfer etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Yuventus"un müdafiəçisi Andrea Kambyazo yayda klubunu dəyişə bilər.

Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Barselona" və "Çelsi" italiyalı futbolçunu transfer etmək istəyir.

A Seriyası nəhəngi 26 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Andrea Kambyazo 2022-ci ilin yayından "Yuventus"da çıxış edir. İtaliya millisinin üzvü 2025/26 mövsümündə Turin təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti