BƏƏ Azərbaycanla tolerantlıq sahəsində təcrübə mübadiləsi aparmağı hədəfləyir (Eksklüziv) (VİDEO)

Cəmiyyət Materials 16 İyun 2026 22:27 (UTC +04:00)
BƏƏ Azərbaycanla tolerantlıq sahəsində təcrübə mübadiləsi aparmağı hədəfləyir (Eksklüziv) (VİDEO)
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

"BƏƏ-də tolerantlıq: dərin köklü irs və gələcəyə davamlı baxış" tədbirinin məqsədi təcrübə mübadiləsi aparmaq və Əmirliklərin tolerantlıq modelini Azərbaycan auditoriyasına təqdim etməkdir.

Bunu BƏƏ-nin Tolerantlıq və Birgə Yaşam Nazirliyinin müşaviri Rəşid Əl-Nuaymi Azərbaycan Dillər Universitetində keçirilən tədbiri çərçivəsində Trend-ə müsahibəsində bildirib.

"İlk növbədə, bu tədbiri təşkil etdiklərinə görə Azərbaycan Dillər Universitetinə, eləcə də BƏƏ-nin Azərbaycandakı səfirliyinə göstərdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkür etmək istərdim", - deyə o bildirib.

Əl-Nuayminin sözlərinə görə, tədbir zamanı tərəflər Əmirliklərin tolerantlıq, təhsil və mədəniyyətlərarası dialoq modelinin fundamental prinsiplərini müzakirə ediblər.

"Bu platformada təcrübəmizi və Birləşmiş Ərəb Əmirliklərində formalaşmış tolerantlıq modelini Azərbaycan auditoriyasına təqdim etməyə çalışırıq. Biz tolerantlıq prinsipləri, təhsilin rolu və müasir cəmiyyətdə qarşılıqlı hörmətin əhəmiyyəti haqqında danışırıq", - deyə o qeyd edib.

BƏƏ nümayəndəsi bu cür təşəbbüslərin beynəlxalq əməkdaşlığın inkişafına və humanitar sahədə ən yaxşı təcrübələrin mübadiləsinə töhfə verdiyini vurğulayıb.

"Ümid edirik ki, yaxın gələcəkdə gələcək işlərimizdə öz əksini tapacaq dəyərli tövsiyələr və təkliflər alacağıq", - deyə Əl-Nuaymi əlavə edib.

O, həmçinin sülh şəraitində birgəyaşayış, tolerantlıq və qarşılıqlı anlaşma dəyərlərinin təşviqi məqsədilə Azərbaycan və BƏƏ-nin təhsil müəssisələri və ekspert icmaları arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti