Bakı. Trend:
PAŞA Bank-ın rəhbər heyəti Londonda Bank of New York (BNY) tərəfindən təşkil edilən Strateji Liderlik Sammitində iştirak edib. Strateji dialoqun təşviqi və gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunan tədbir PAŞA Qrup şirkətlərinin rəhbərlərini bir araya gətirib.
Sammitdə PAŞA Holdinq, PAŞA Bank Azərbaycan, PAŞA Bank Gürcüstan, PAŞA Bank Türkiyə, PAŞA Kapital, Bir ekosistem və PASHA Real Estate rəhbərliyi iştirak edib. İştirakçılar maliyyə sektorundakı qlobal dəyişikliklər və inkişaf meyilləri barədə fikir mübadiləsi aparıblar.
“Növbəti üfüqlər: Əlaqəlilik və transformasiya vasitəsilə
gələcəyin formalaşdırılması” mövzusuna həsr olunan tədbirdə qlobal
makroiqtisadi tendensiyalar, maliyyə sektorunun inkişaf
istiqamətləri, süni intellekt, rəqəmsal aktivlər və yeni biznes
modelləri müzakirə edilib.

Sammit PAŞA Qrup və BNY arasında tərəfdaşlığın gücləndirilməsi,
təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının
genişləndirilməsi üçün faydalı platforma kimi dəyərləndirilib.
Tərəflər qlobal təcrübənin və beynəlxalq əməkdaşlığın
innovasiyaların təşviqində rolunu vurğulayıblar.
Yekunda iştirakçılar bilik mübadiləsi, innovasiya və əməliyyat səmərəliliyinin davam etdirilməsini dəstəkləyiblər. Tədbir PAŞA Bank və PAŞA Qrup üçün gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması baxımından önəm daşıyıb.
PAŞA Bank Azərbaycanın aparıcı korporativ maliyyə
institutlarından biridir. Bank korporativ, kiçik və orta
sahibkarlıq, eləcə də institusional müştərilər üçün innovativ
maliyyə həlləri təqdim edərək ölkənin iqtisadi inkişafına və biznes
mühitinin gücləndirilməsinə töhfə verir.
