Yarım milyon manatdan çox dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxundu

Cəmiyyət Materials 16 İyun 2026 15:54 (UTC +04:00)
Yarım milyon manatdan çox dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxundu
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı.Trend:

Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rasim İldırımzadə 9 il 9 ay, Zaur Mirzəzadə 10 il 3 ay, Qoşqar Məmmədov 9 il 9 ay müddətə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti