Çaylardan sel keçəcək - Xəbərdarlıq

Cəmiyyət Materials 16 İyun 2026 16:32 (UTC +04:00)
Çaylardan sel keçəcək - Xəbərdarlıq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 17-19-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti