"G7" Rusiyanın neft və qaz sektoruna sanksiya təzyiqini artırmaq niyyətindədir

Dünya xəbərləri Materials 17 İyun 2026 06:28 (UTC +04:00)
"G7" Rusiyanın neft və qaz sektoruna sanksiya təzyiqini artırmaq niyyətindədir

Bakı. Trend:

"Yeddilik Qrupu" (G7) ölkələri Ukraynadakı vəziyyətə görə Rusiyaya, o cümlədən onun neft və qaz sektoruna qarşı sanksiya təzyiqini artıracaq.

Bu barədə Fransada keçirilən sammit iştirakçılarının geosiyasi məsələlərə dair birgə bəyanatında deyilir.

"Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmaq öhdəliyini götürürük. Bu kontekstdə neft və qaz sektoruna qarşı sanksiyaları da daxil olmaqla, sərtləşdirəcəyik", - deyə sənəddə bildirilib.

"G7" liderlərinin fikrincə, ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı razılaşma Rusiyaya qarşı sanksiyaların artırılması üçün əlverişli şərait yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti