Bakı. Trend:
ABŞ ilə İran arasında əldə olunması nəzərdə tutulan razılaşma İsrail, Livan və Körfəz ölkələrini də əhatə edə bilər.
Bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens bildirib.
“Bu, regional sülh sazişidir. Buraya Körfəz ölkələri, İsrail və Livan daxil olacaq. Əsas məsələ ondan ibarətdir ki, bu, həqiqətən regional sülh sazişidir”, – deyə o, müsahibəsində qeyd edib.
Məlumata görə, iyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri Vaşinqton ilə Tehran arasında 60 günlük atəşkəsə dair razılaşmanı təsdiqləyiblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.