Jurnalist vəsiqəsinin verilməsinə görə ödəniş ləğv edilir

Cəmiyyət Materials 16 İyun 2026 11:53 (UTC +04:00)
Jurnalist vəsiqəsinin verilməsinə görə ödəniş ləğv edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödəniş ləğv ediləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan qanuna görə, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi verilir. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Təklif edilən dəyişikliyə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Media və Yayım Şurası tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, hazırda jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği 20 manatdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti