Bu il pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəmiyyət Materials 16 İyun 2026 12:37 (UTC +04:00)
Bu il pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (308 milyon manat) çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib.

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 iyun 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-may aylarında 19 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 197 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti