Bakı.Trend:
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
Belə ki, 21 yaşlı Bayandur Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 20 yaşlı Mətləb Rzayevə bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
