Bakı. Trend:
Qlobal iqtisadiyyatda böhran prosesləri fonunda ölkələr arasında inkişaf səviyyəsində qeyri-bərabərlik müşahidə olunur və dövlətlərin əhəmiyyətli hissəsi göstəricilərin zəifləməsi ilə üzləşir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf üzrə Əməkdaşlıq Direktorluğunun direktor müavini Haye Şyutte Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 14-cü özəl sektor forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, son illərdə inkişaf dinamikasında ciddi dəyişikliklər müşahidə olunur: bəzi ölkələr artım nümayiş etdirdiyi halda, digərlərində göstəricilər, o cümlədən azalma qeydə alınır.
Şyutte bildirib ki, İƏİT-yə üzv ölkələrin təxminən yarısı artım göstərir, digər yarısı isə vəziyyətin pisləşməsi ilə üzləşir. O, bu dinamikaya konfliktlərin və böhran amillərinin ciddi təsir etdiyini vurğulayıb.
“Sub-Sahara Afrika ölkələri iqtisadi inkişaf baxımından ən həssas regionlar sırasındadır. Səhiyyə məsələləri də inkişafı təsir edən əsas amillərdən biri olaraq qalır”, – deyə o qeyd edib.
"İqtisadi və sosial prosesləri daha dəqiq anlamaq üçün monitorinq və məlumatların təhlili sistemlərinin gücləndirilməsi vacibdir. İƏİT çərçivəsində artıq təxminən on ildir müəyyən edilmiş prinsiplər və metodologiyalar əsasında inkişafın qiymətləndirilməsi və monitorinqi aparılır. Əsas prioritetin məlumatların keyfiyyətinin, analitik alətlərin və siyasət effektivliyinin qiymətləndirilməsi sistemlərinin təkmilləşdirilməsidir", - o vurğulayıb.
