Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə qoymağı planlaşdırır

Dünya xəbərləri Materials 16 İyun 2026 23:17 (UTC +04:00)
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə qoymağı planlaşdırır

Bakı. Trend:

Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin (Almaniya Silahlı Qüvvələrinin) dronlardan müdafiə hazırlığının artırılmasına böyük sərmayə qoymaq planlarını açıqlayıb.

Bu barədə "DPA" agentliyi xəbər verib.

"Bu günlərdə PUA-lar üzrə fəaliyyət planı hazırlayırıq", - deyə müdafiə naziri Frislandiyada (Aşağı Saksoniya vilayəti) qoşunları ziyarət edərkən bildirib.

Nazir qeyd edib ki, bu plan artıq həyata keçirilməkdə olan bir sıra tədbirləri əhatə edir. "Bu o deməkdir ki, onilliyin sonuna qədər bu sektora təxminən 16 milyard avro investisiya qoymağı planlaşdırırıq", - deyə nazir vurğulayıb.

"Biz kəşfiyyat dronları, hücum dronları, eləcə də dron hücumlarını dəf edə bilən aktivlər - yəni bütün spektri alırıq", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti