Həftəsonu rezidentura imtahanı keçiriləcək

Cəmiyyət Materials 16 İyun 2026 10:34 (UTC +04:00)
Həftəsonu rezidentura imtahanı keçiriləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun 21-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti