Mərkəzi Asiya və Qafqazın Şərqlə Qərb arasında körpü rolu növbəti 5 ildə daha da güclənəcək – İİB rəsmisi

İqtisadiyyat Materials 16 İyun 2026 14:30 (UTC +04:00)
Mərkəzi Asiya və Qafqazın Şərqlə Qərb arasında körpü rolu növbəti 5 ildə daha da güclənəcək – İİB rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya və Qafqazın Şərqlə Qərb arasında körpü rolu növbəti 5 ildə daha da güclənəcək.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Kapital (Səhmlər) Departamentinin baş aparıcı mütəxəssisi Mostafa Mohamed Eleskandarani Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində deyib.

O qeyd edib ki, dünyada mövcud geosiyasi dinamika fonunda təhlükəsizlik, ərzaq təhlükəsizliyi və təchizat zəncirlərinin dayanıqlılığı məsələləri daha da aktuallaşır:

"Bu isə inkişaf maliyyə institutları üçün məşğulluğun artırılması, səhiyyə xidmətlərinə çıxış, maliyyə inklüzivliyi və dayanıqlı enerji mənbələrinə keçid kimi istiqamətlərə daha çox fokuslanmaq imkanı yaradır.

Hazırkı qlobal dəyişikliklər fonunda böyük təbii resurslara, gənc əmək qüvvəsinə və Şərqlə Qərb arasında strateji coğrafi mövqeyə malik regionlar daha da ön plana çıxır".

O vurğulayıb ki, Mərkəzi Asiya və Qafqaz regionu yaxın beş il ərzində Şərqlə Qərb arasında əlaqələndirici rol oynayaraq mühüm körpü funksiyası daşıyacaq və ümumi iqtisadi perspektivlər müsbət qiymətləndirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti