Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib (FOTO)

İqtisadiyyat Materials 16 İyun 2026 20:17 (UTC +04:00)
Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Əlcəzair arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Belə ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Əlcəzairin maliyyə naziri Abdelkrim Bouzred ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Əlcəzair arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivləri, eləcə də yeni əməkdaşlıq platformalarının formalaşdırılması imkanları müzakirə olunub.

Tərəflər sənaye, enerji, kiçik və orta biznes, turizm, tranzit, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. İqtisadi əlaqələrin şaxələndirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın təşviqinin əhəmiyyəti vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti