Azərbaycan neft və qazının reallaşmış orta qiyməti açıqlanıb

Energetika Materials 16 İyun 2026 10:13 (UTC +04:00)
Azərbaycan neft və qazının reallaşmış orta qiyməti açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk rübündə Azərbaycan neftinin reallaşmış orta qiyməti 79,5 dollar olub. Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

"Azərbaycan qazının ixrac olunmuş min kubmetri 268 dollar təşkil edib, - o bildirib.

Qeyd edək ki, 2026-cı ilin I rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənib. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 milyard dollar həcmində profisit formalaşıb, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 0.2 milyar dollar artıb, xalis xarici maliyyə öhdəlikləri isə 2 milyard dollar azalıb. Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 9.5% təşkil edib ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat
aktivlərinin reallaşmış hissəsi təqribən 0.3 milyard dollar azalıb. Lakin, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 117.4 milyon dollar artaraq 85.2 milyard dollara çatıb ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 79.5 dollar/barel olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti