Bakı. Trend:
2026-cı ilin 1-ci rübündə cari əməliyyatlar balansında (CƏB) 1,7 milyard dollarlıq profisit formalaşıb. Bu da ümumi daxili məhsulun (ÜDM) 9,5 faizini təşkil edib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.
"Bu dövrdə digər komponent olan kapital və maliyyənin hərəkəti balansında xarici maliyyə aktivlərimiz təxminən 200 milyon dollar artmış, xalis maliyyə öhdəliklərimiz isə 2 milyard dollara yaxın azalıb. CƏB-in ÜDM-ə nisbətənin 9,5% olması makroiqtisadi sabitlik baxımından müsbət hal sayılmalıdır", - o bildirib.
