Binə qəsəbəsində açıq ərazidə yanğın olub

Hadisə Materials 14 İyun 2026 19:03 (UTC +04:00)
Binə qəsəbəsində açıq ərazidə yanğın olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 700 kv.m. sahədə qamışlıq və kol-kos yanıb.

Ətraf ərazilər və kommunikasiya xəttləri yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti