İran və ABŞ rəsmiləri gələn həftə İsveçrədə görüşəcəklər - KİV

Dünya xəbərləri Materials 14 İyun 2026 01:11 (UTC +04:00)
İran və ABŞ rəsmiləri gələn həftə İsveçrədə görüşəcəklər - KİV

Bakı. Trend:

İran və ABŞ-ın yüksək vəzifəli rəsmiləri gələn həftə İsveçrədə görüşəcəklər.

Bu barədə "BFMTV" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

"Telekanalın məlumatına görə, ABŞ və İranın iki yüksək vəzifəli nümayəndəsi arasında üzbəüz görüş gələn həftə İsveçrədə keçirilməlidir", - deyə bildirilib.

Bundan əlavə, telekanalın məlumatına əsasən, Pakistanın xarici işlər naziri İshaq Dar bu danışıqlara hazırlıq məqsədilə yaxın vaxtlarda İsveçrəyə səfər etməyi planlaşdırır.

Telekanal ABŞ və İranı məhz hansı şəxslərin təmsil edəcəyini açıqlamayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti