Bakı.Trend:
Şuşa şəhərində “Son zəng” keçirilib.
Trend-in tədbirdəki müxbirinin verdiyi xəbərə görə, 13 iyunda Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən “Son zəng” tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər və müəllim-şagird kollektivi, valideynlər iştirak edib.
Tədbirdə çıxış edənlər məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıblar.
“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.
