ABŞ və İran 24 saat ərzində sülh sazişi üçün çərçivə sənədini imzalayacaq

Siyasət Materials 13 İyun 2026 16:00 (UTC +04:00)
ABŞ və İran 24 saat ərzində sülh sazişi üçün çərçivə sənədini imzalayacaq
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İran Yaxın Şərqdə aylarla davam edən münaqişəyə son qoyacaq sülh sazişi üçün çərçivə sənədi üzərində razılığa gəliblər.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial media hesabında paylaşım edib.

Şərifin sözlərinə görə, mətnin son versiyası artıq hazırlanıb və müqavilənin növbəti 24 saat ərzində elektron şəkildə imzalanması gözlənilir. Sazişin icrasının təfərrüatları ilə bağlı texniki danışıqların gələn həftə başlaması ehtiaml edilir.

Vaşinqton və Tehran tərəfindən bu məlamata reaksiya verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti