Cargo Dragon Yerə qayıdır

Dünya xəbərləri Materials 13 İyun 2026 09:35 (UTC +04:00)
Cargo Dragon Yerə qayıdır
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

SpaceX-in təkrar istifadə edilə bilən yük gəmisi Cargo Dragon iyunun -16-da Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq Yerə qayıdacaq.

Bu barədə NASA məlumat yayıb.

Kosmik gəminin Bakı vaxtı ilə saat 20:05-də Beynəlxalq Kosmik Stansiyadan ayrılması planlaşdırılır. Növbəti gün Kosmik gəminin Kaliforniyanın cənub sahillərində Sakit Okeana enişi gözlənilir.

Cargo Dragonun eniş kapsulu təxminən 1,6 ton ağırlığında olan və Beynəlxalq Kosmik Stansiya heyəti tərəfindən orbitdə aparılan təcrübələrin nəticələrini Yerə çatdıracaq.

CRS-34 missiyasının bir hissəsi olaraq, təkrar istifadə edilə bilən Cargo Dragon 17 mayda Beynəlxalq Kosmik Stansiyaya 2,3 ton qida, eləcə də onlarla elmi təcrübə üçün avadanlıq və materiallar çatdırıb.

Yük daşıyıcısı Dragon okeana eniş edərək yükü Yerə qaytara bilən yeganə Beynəlxalq Kosmik Stansiya (BKS) təchizat gəmisidir.

Xəbər lenti

Xəbər lenti