BOKT-lər üçün yeni korporativ idarəetmə standartları hazırlanıb

İqtisadiyyat Materials 12 İyun 2026 16:59 (UTC +04:00)
BOKT-lər üçün yeni korporativ idarəetmə standartları hazırlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bank sektorunun mühüm tərkib hissəsi olan bank olmayan kredit təşkilatlarının (BOKT) tənzimlənməsi üzrə hüquqi-normativ bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatında bildirilib.

Məlumata görə, Mərkəzi Bankın "Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə" sənədinə uyğun olaraq BOKT-lərin inkişafı məqsədilə sahəvi qanunvericiliyə dəyişikliklər qiymətləndirilir və onların mərhələli tətbiqi planlaşdırılır.

Hesabatda qeyd olunub ki, BOKT-lərin institusional potensialının gücləndirilməsi məqsədilə kənar auditin aparılmasına dair minimum tələbləri müəyyən edən qaydalar təsdiqlənib. Qaydalar auditorların seçilməsi meyarlarını, audit yoxlamalarının əhatə dairəsini və daxili audit funksiyaları ilə əlaqələndirmə tələblərini özündə ehtiva edir.

Bununla yanaşı, bank olmayan kredit təşkilatları üçün korporativ idarəetmə standartlarının layihəsi hazırlanaraq sektor nümayəndələri ilə müzakirə edilib. Sənədin Mərkəzi Bank tərəfindən təsdiqlənməsi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti