"Baharın on yeddi anı"nın aktyoru vəfat edib

Dünya xəbərləri Materials 13 İyun 2026 10:26 (UTC +04:00)
"Baharın on yeddi anı"nın aktyoru vəfat edib
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Latviyalı aktyor Pauls Butkeviç 85 yaşında vəfat edib.

Bu barədə Latviya Kinematoqrafçılar İttifaqı məlumat verib.

Butkeviç daha çox "Baharın on yeddi anı" adlı sovet televiziya serialında Ştirlitzin rabitəçisi rolu ilə tanınır.

Məlumatda ölüm səbəbi göstərilməyib. Son illərdə aktyor bir neçə dəfə infarkt keçirmiş və əlil arabasına məhkum olmuşdu.

Paul Butkeviç 1960-cı ildə filmlərdə aktyorluğa başlayıb. O "Hippokrat andı" filmində baş rolu canlandırıb. Karyerası boyunca aktyor filmlərdə və televiziya seriallarında 150 rol oynayıb.

Xəbər lenti

Xəbər lenti