"Mançester Siti" gənc müdafiəçisini Bundesliqa klubuna satdı

İdman Materials 13 İyun 2026 04:23 (UTC +04:00)
"Mançester Siti" gənc müdafiəçisini Bundesliqa klubuna satdı

Bakı. Trend:

"Köln" "Mançester Siti"dən mərkəz müdafiəçisi Hahmai Simpson-Pyusinin transfer hüquqlarını tam alıb.

20 yaşlı futbolçu bu ilin yanvarında Almaniya klubuna icarə əsasında qoşulmuşdu. İndi isə o, “Köln”lə 2030-cu ilin yayına qədər qüvvədə olacaq tamhüquqlu müqavilə imzalayıb.

Bild nəşrinin məlumatına görə, “Mançester Siti” bu transferdən 5 milyon avrodan bir qədər çox gəlir əldə edəcək.

Simpson-Pyusi ötən mövsüm Bundesligada 11 oyunda iştirak edib, 2 sarı və 1 qırmızı vərəqə alıb.

Xəbər lenti

Xəbər lenti