Bakı. Trend:
Koreya Respublikası milli komandası dünya çempionatının qrup mərhələsinin ilk turunda Çexiyanı 2:1 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, görüş Meksikanın Qvadalaxara şəhərində keçirilib.
Qalib komandanın heyətində qolları Hvan İn Bom (67-ci dəqiqə) və O Hyon Gyu (80-ci dəqiqə) vurublar. Məğlub olan komandanın yeganə qoluna isə Ladislav Kreyçi (59-cu dəqiqə) imza atıb.
Hvan İn Bomun aktivində həmçinin məhsuldar ötürmə də var. Koreyalıların qələbə qolundan üç dəqiqə əvvəl çexiyalılar rəqib qapısına yol tapsalar da, Tomaş Souçekin qolu ofsayd səbəbindən qeydə alınmayıb.