Bakı. Trend:
Cənubi Koreya millisi DÇ-2026-da ilk qələbəsini qazanıb.
Trendxəbər verir ki, asiyalılar ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundialın ilk turunda Çexiya ilə qarşılaşıb.
A qrupunun ikinci görüşü çərçivəsində Cənubi Koreya yığması rəqibinə 2:1 qalib gəlib.
Bu qrupun ilk matçında - mundialın açılış duelində Meksika Cənubi Afrika Respublikasını məğlub edib.