Bakı. Trend:
Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Xəyal Əliyev əməliyyat olunub.
Bu barədə "Sabah” klubunun mətbuat xidməti məlumat yayıb.
Klubdan bildirilib ki, futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.
İspaniyanın paytaxtı Madriddəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.
Qeyd edək ki, Xəyal Əliyev Malta yığması ilə keçirilən yoldaşlıq oyunu (0:2) zamanı zədələnmişdi.
