Ermənistan Azərbaycandan qaz almağa başlaya bilər

Siyasət Materials 11 İyun 2026 15:26 (UTC +04:00)
Ermənistan Azərbaycandan qaz almağa başlaya bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya qazının qiyməti qalxarsa, Ermənistan Azərbaycan, Türkmənistan və İrandan qaz almağa başlaya bilər.

Ermənistan mediası yazır ki, bu barədə Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan bildirib.

"Regionda Rusiya qazına Azərbaycan, Türkmənistan və ya İran qazı kimi alternativlər var. Təbii ki, qaz satan və infrastrukturu bizə onlardan qaz almağa imkan verən bütün mümkün ölkələrdən onu alacağıq", - deyə o bildirib.

Mesropyanın sözlərinə görə, Ermənistan üçün Rusiya qazının qiyməti artsa belə, mövcud qaz tarifləri 2027-ci ilin əvvəllərinə qədər qüvvədə qalacaq.

O qeyd edib ki, ölkənin elektrik enerjisinin təxminən 30-35%-i istilik elektrik stansiyaları tərəfindən istehsal olunur, buna görə də qaz qiymətlərində hər hansı əhəmiyyətli artım elektrik enerjisi tariflərinə mənfi təsir göstərəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan da öz növbəsində Rusiya qazının qiymətinin artırılmasını qeyri-mümkün hesab edir.

Onun sözlərinə görə, İrəvan və Moskvanın uzunmüddətli müqaviləsi var və tərəflərdən hər hansı birinin onun şərtlərini yerinə yetirməkdən imtina etməsi "müqavilədən kənar davranış" hesab ediləcək. O, həmçinin vurğulayıb ki, Ermənistan hakimiyyəti Rusiya qazının qiymətinin artması halında bütün mümkün ssenariləri nəzərdən keçirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti